AZ

Sərxanla Kamran arasında DAVA: ““Space” telekanalında efirə çıxartdıqlarınız pulsuz idi?” – FOTO 

Aparıcı Kamran Həsəninin “Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği var, guya digərindən daha səviyyəli olan veriliş daha çox pul tələb edir. Çünki yaxşı hesab olunan verilişlərin aparıcılarının saxlayanı var və kiçik məbləğə razılaşmır” açıqlaması gündəmi alt-üst edib. 

Bizim.Media xəbər verir ki, aktyor və müğənni Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında post paylaşaraq Kamranın pul müqabilində efirlərə çıxan sənət nümayəndələrini aşağılamasına sərt reaksiya bildirib. 

“Yetər artıq! Kamran bəyin televiziya sahəsində peşəkarlığına və savadına kimsənin şübhəsi yoxdur, amma bu qədər də insanları və həmkarları aşağılamaq olmaz.

Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? “Space” telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin saat” və “Musiqili meydan” verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar? Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə “Sən kimsən?”, deyə müraciət edir. Pafos sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq naminə.

Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki siz müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm. Təki olsun! Amma heç kimin nə “ATV”də, nə keçmiş “ANS TV”də etdiyiniz layihələr yaddaşlarında qalıb.
Mənim Kamran Həsənliyə tövsiyəm, televiziya mövzularını artıq bitirsin. O ki, qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ Sövet dövründə belə senzuradan keçən mügənnilər rəsmi olmasa da, dəridən-qabıqdan çıxıb nələrsə də verirdilər. Pulla efirə çıxmaq irsi olaraq keçib, çox da “zad eləmə...””, - deyə Sərxan vurğulayıb.


Rəşad Əliyev, Bizim.Media

Seçilən
122
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20995
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19302
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18249
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17647
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16752
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16549
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16092
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15467
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11953
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8946
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8228
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7491
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7072
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6328
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5746