AZ

FHN-in karate komandası dünya çempionatında uğur qazandı - Foto

12-14 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib.

Teleqraf.com xəbər verir ki, turnirdə dünyanın 27 müxtəlif ölkəsindən 2200-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandasının və FHN-in karate komandasının 9 nəfərdən ibarət üzvü iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb. Belə ki, yeniyetmələr arasında kumite yarışlarında -52 kq çəki dərəcəsində Həsən Osmanov yarışın bürünc, qızlar arasında isə +53 kq çəki dərəcəsində Azəri Nəcəfova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Gənc karateçilər arasında kata üzrə yarışlarda Nihad Məmmədzadə, kumite yarışında isə -75 kq çəki dərəcəsində Nicat Kərimli fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar. Bundan əlavə, böyüklər arasında şəxsi kata üzrə yarışlarda Nihad Məmmədzadə və Xəyal Məmmədov qızıl, kumite üzrə yarışlarda -84 kq çəki dərəcəsində Tural Ələkbərli, -75 kq çəki dərəcəsində Nicat Kərimli yarışın qızıl, -67 kq çəki dərəcəsində İlyas Nağıyev isə yarışın gümüş medalına yiyələniblər. +75 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət mayoru İlqar Ələkbərov yarışda 3-cü yerə layiq görülüb. Veteranlar arasında isə kumite yarışlarında +84 kq çəki dərəcəsində Bəxtiyar Məmmədov bürünc medal qazanmaqla kifayətlənib.

Qaliblərə Dünya Şotokan Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.


Müəllif: Teleqraf.com
Seçilən
88
23
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
794
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
503
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
365
Bu yol qovşağında təmir işləri aparılacaq
328
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
207
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
198
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
180
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
176
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
134
Sabah 5 kəndin qazı kəsiləcək
127
Çingiz Mustafayevin toyudur - FOTOLAR
125
Bakıda 9 otaqlı evdə yanğın baş verib
120
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
117
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
107
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
86
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
82
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
70
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
64
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
42
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
37