AZ

Seymur Talıbova HƏBS yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı – hər ay 15 min...

Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Muxtar Respublikanın keçmiş maliyyə naziri Rəfael Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, sabiq nazir 145 milyon manata yaxın yeyintidə suçlanır.

O, ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, istər 2020-ci ilədək Naxçıvan MR-in Gömrük Komitəsində çalışdığı dövrdə, istərsə nazir vəzifəsini tutanda maaşından əlavə paketdə pul alıb. Onun sözlərinə görə, Naxçıvan MR Gömrük Komitəsində Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə hər ay maaşından əlavə, ayrıca zərfdə ona min 500 manat verilib. Nazir olduğu dövrdə isə aylıq rəsmi maaşı 2 min 300 manat, paketdə aldığı pulun məbləği 15 min manat olub. Rəfael Əliyev deyib ki, hər ay 15 min manatı Seymur Talıbov ona sürücüsü vasitəsilə göndərib. Rəfael Əliyev hakim qarşısında tək deyil. O, nazir təyin ediləndən sonra Gömrük Komitəsində onun vəzifəsini tutmuş Mansur Əsgərov ilə birlikdə çıxarılıb. Məhkəmədə prokurorun elan etdiyi ittiham aktında Gömrük Komitəsində 2016-2022-ci illərdə yeyinti və korrupsiyadan, eləcə də Rəfael Əliyevin maliyyə naziri olduğu dövrdəki mənimsəmələrdən söz açılır.

Rəfael Əliyevə 144 milyon manatlıq ittihamın 3 milyondan bir qədər çox hissəsi onun çalışdığı 2 ilə aiddir. İddia olunur ki, müxtəlif dövlət strukturlarında mənimsənilən vəsaitin 10 faizi Maliyyə Nazirliyinə çatıb. Bu üzdən, nazirlik də dövlət orqanlarındakı on milyonlarla manat yeyintiyə göz yumub.

Məhkəmədəki ifadəsində Rəfael Əliyev Gömrük Komitəsindəki fəaliyyətindən danışıb, deyib ki, bu sistemdə 2009-cu ildən işə başlayıb.

Onun sözlərinə görə, gömrükdə həm böyük yük üçün, həm də sərnişinlərin gətirdikləri yüklərə görə pul alınıb. Sərnişin və yük şöbələri ayrı olduğundan hər istiqamət üzrə toplanmış vəsait də həmin şöbənin rəhbərinə çatdırılıb. Rəfael Əliyev bildirib ki, şöbə rəisləri də öz növbələrində pulu idarə rəisinə verib. Son nəticədə isə toplanan pullar Gömrük Komitəsi sədrinə ötürülüb.

“Mənə gətirilib verilən pullar arasında həm dollar olurdu, həm də manat. Manatları da dollara çevirib komitənin sədrinə verirdim”, - Rəfael Əliyevin məhkəmədəki ifadəsində belə deyib.

Nazir vəzifəsinə təyin olunandan sonra baş verənlərə gəlincə, o deyir ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. Seymur Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən Rəfael Əliyev deyir ki, bu göstərişə də əməl edilib.

Sabiq nazirə qarşı ittihamlardan biri də nazirlikdə dövlət qulluqçusu statusu olmayan əməkdaşlara da əlavə maaş yazılmasıdır. Bu yolla 100 min manata yaxın büdcə vəsaiti israf olunub. Bu ittihamla razılaşmayan Rəfael Əliyev deyir ki, həmin maaş məbləğləri o, nazir təyin olunmazdan öncə müəyyənləşib.

Digər təqsirləndirilən Mansur Əsgərov isə 138 milyon manatın mənimsənilməsində iştirakda suçlanır. O, 20 ildən çox Gömrük Komitəsində çalışıb.

Onun sözlərinə görə, 2020-ci ildə Rəfael Əliyev nazir postuna gedəndən sonra onun əvəzinə Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsinə təyin olunanda Gömrük Komitəsinin sədri onu qəbul edərək toplanan vəsaitin çatdırılma qaydasını söyləyib.

Əvvəlki vəzifələrində maaşdan əlavə paketdə 500 manat pul aldığını deyən Mansur Əsgərov danışıb ki, komitədə yeni təyinatından sonra paketdəki məbləğ 3 min manata qalxıb: “Alınan pullardan mənə heç nə çatmırdı. Hamısı komitə sədrinə çatırdı. Mənə paketdə yalnız 3 min manat verilirdi. Gətirilən pullar həm dollarla, həm də manatla olurdu. Manatı Nurlana verirdik, dəyişib gətirirdi. O, “Badamlı”da işləyirdi...”

Sabiq məmurların məhkəməsi mayın 2-də davam edəcək.

Rəfael Əliyev və Mansur Əsgərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və başqa maddələri ilə suçlanırlar. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Hər iki şəxsə Naxçıvandakı əməliyyatlar nəticəsində milyonlarla manat yeyinti ittihamı ilə həbs olunub. Onlarla bərabər Naxçıvan MR Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov tutlmuşdular. General-mayor Səhət Həbibbəyli Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğludur. Onların həbsdə olduqları dövrdə yeyinti nəticəsində dövlətə dəymiş ziyanın bir hissəsini ödədikləri bildirilir. Naxçıvan MR-də həbs olunan məmurlar arasında Penitensiar Xidmətin rəisi, general-mayor Tofiq Həsənov da vardı. Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
81
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26055
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
25762
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18107
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15380
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14264
Sabah 20 dərəcə isti olacaq
9476
May ayında Azərbaycana qar yağdı - VİDEO
8698
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8421
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8391
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7123
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7116
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
6968
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6782
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6395
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6363
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6334
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5948
Azərbaycan nefti ucuzlaşıb
5845
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5739