AZ

Rusiyanın Ukraynadakı sutkalıq itkiləri: 3 tank, 8 döyüş maşını, 13 artilleriya...

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 910 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 456 960 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 3 tank, 8 zirehli döyüş maşını, 13 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
22
Mənbələr
Şərh ()
Bağla