AZ

"Xalqın mədəni sərvəti" layihəsi növbəti dəfə Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub (FOTO)

Bakı. Trend:

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 15-20 apreltarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinindəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan MilliKonservatoriyası, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan,Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinintəşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdimedir.

Trend xəbər verir ki, dördüncü dəfə keçirilən layihə görkəmliAzərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100illiyinə həsr olunub.

Layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovunyaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda"Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı vəromansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar SüleymanƏləsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizmənənələri" mövzuları müzakirə edilib.

Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər1nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM,Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM,Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM,Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl AşıqŞəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindənibarət konsert proqramı keçirilib. Günün sonu Gəncə Dövlət DramTeatrında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1nömrəliUMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboyrayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhərUMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl AşıqŞəmşir UMM-nin müəllimlərinin konserti baş tutub.

Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi 8-14 yanvartarixlərində simfonik muğam janrının banisi Fikrət Əmirova, 14-16fevral tarixlərində görkəmli bəstəkarımız Qara Qarayevə, 27-29 marttarixlərində xanəndəlik sənətinin görkəmli nümayəndəsi CabbarQaryağdıoğluna həsr olunmuşdur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Seçilən
44
50
Mənbələr
Şərh ()
Bağla