AZ

NATO 20 min hərbçini Rusiya sərhədinə gətirir

Aprelin 26-da Rusiya üçün arzuolunmaz tarix olacaq.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, bu tarixdə NATO Finlandiyanın Rusiya ilə sərhəd bölgəsində iri miqyaslı hərbi təlimlərə start verəcək.

Finlandiya Quru Qoşunlarının mətbuat xidmətinin yaydığı məlumata görə təlimlərdə 20 minə yaxın hərbçi iştirak edəcək. Təlimlər iyul ayına qədər davam edəcək. Ilkin olaraq təlimlər tankların manevrləri ilə başlayacaq.

Verilən məlumatda təlimlərin məqsədi NATO ölkələrinin dəstəyi ilə Finlandiyanın müdafiə qüdrətini artırmaqdır.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
Mənbələr
Şərh ()
Bağla