AZ

NATO Finlandiyada təlimlər keçirəcək

Finlandiyada aprelin sonundan iyunun əvvəlinə kimi NATO-nun irimiqyaslı təlimləri keçiriləcək.APA xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.Təlimlərdə NATO ölkələrindən 20 minə yaxın hərbçi iştirak edəcək.Toplanış aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək.Təlimlərdə Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir.


Həmçinin bildirilir ki, Finlandiyanın Mikkeli şəhərində Şimali Avropa ölkələri üçün NATO-nun quru qoşunlarının qərargahının yaradılması planlaşdırılır.

Seçilən
117
50
Mənbələr
Şərh ()
Bağla