AZ

UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli oldu

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin ilk iki cavab oyunu keçirilib.

Arena.az xəbər verir ki, İspaniya klublarından “Barselona” ev, “Atletiko” isə səfər matçına çıxıblar.

Sözügedən komandalar ilk görüşlərində müvafiq olaraq Fransanın PSJ və Almaniyanın “Borussiya” (Dortmund) klubları üzərində minimal fərqlə qələbə qazanmışdılar. Bu cütlərin qalibləri yarımfinalda rəqib olacaqdılar.

Cavab qarşılaşmalarında ilk oyunda məğlub olmuş komandalar qalib gəliblər. Elə mərhələni də PSJ və “Borussiya” adlayıb. Finala vəsiqə uğrunda bu iki komanda bir-biri ilə mübarizə aparacaq. İspaniya təmsilçiləri isə Çempionlar Liqası ilə vidalaşıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin digər iki oyunu sabah – aprelin 17-də keçiriləcək. “Bayern” (Almaniya) doğma meydanda “Arsenal”la (İngiltərə), “Mançester Siti” (İngiltərə) isə “Real”la (İspaniya) qarşılaşacaq.

UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
16 aprel

“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4
Qollar: Rafinya, 12 – Dembele, 40. Vitinya, 54. Mbappe, 61-pen; 89.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Barselona, “Olimpik Lyuis Kompanis” stadionu.
İlk oyun – 3:2.

“Borussiya” (Dortmund, Almaniya) – “Atletiko” (İspaniya) 4:2
Qollar: Brandt, 34. Matsen, 39. Fullkruq, 71. Zabitser, 74 – Hummels, 49-öz qapısına. Korrea, 64.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Dortmund, “Siqnal İduna Park” stadionu.
İlk oyun – 1:2.

Seçilən
183
50
Mənbələr
Şərh ()
Bağla