AZ

Yunanıstanda Paris Olimpiya Oyunlarının məşəli alovlandırılıb

2024-cü ildə Parisdə keçiriləcək Yay Oyunları üçün Olimpiya məşəli Afinanın qədim Olimpində alovlandırılıb.Tədbir Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Yunanıstan Milli Olimpiya Komitəsinin rəhbəri Spiros Kapralos və digər rəsmi şəxslərin iştirakı ilə keçirilir.Antik tunika və sandal geyinmiş, baş kahin rolunu ifa edən yunan aktrisası Meri Mina əlverişsiz hava şəraiti səbəbindən qədim Yunanıstanın Hera məbədinin qurbangahındakı parabolik güzgüdən istifadə edərək günəş şüası vasitəsilə məşəli alovlandıra bilməyib. Buna görə də məşəl bazar ertəsi günü mərasimin əsas məşqi zamanı alınan oddan alovlandırılıb.Daha sonra bir qrup kahinin müasir elementlərin tətbiqi ilə qədim ənənələrə əsaslanan ayini yerinə yetirməsi ilə səhnələşdirilmiş tamaşa olacaq. O, qədim zamanlarda Olimpiya Oyunlarının bir çox idman yarışlarının keçirildiyi qədim stadionda baş tutacaq.Yunanıstanın Milli Olimpiya Komitəsi (MOK) avarçəkmə üzrə Olimpiya çempionu Stefanos Duskosun Yunanıstanın ilk Olimpiya məşəlçisi olacağını və bunun ardınca ölkədə 11 günlük Olimpiya məşəli estafetinin başlayacağını açıqlayıb. Alovu 600 məşəlçi daşıyacaq, o, ölkənin 13 bölgəsini, 7 adasını, 43 şəhərini, 41 bələdiyyəsini, 5 icmasını, iki Olimpiya muzeyində (Afina və Saloniki) 10 arxeoloji abidəni ziyarət edəcək. Olimpiya məşəli Yunanıstan ərazisi üzrə 5202 kilometr və dənizlərin boyunca 563 dəniz mil (təxminən 1043 kilometr) məsafə qət edəcək. Estafet Amalias-Ancient Elis-Andravida-Pirqos-Zaxaro-Filiatra marşrutu ilə davam edəcək və rus, fransız və ingilis donanmalarının Türkiyə-Misir donanması üzərində qələbəsi ilə əlamətdar olan 1827-ci ilin məşhur Navarinsk dəniz döyüşünün baş verdiyi tarixi Pilos şəhərində başa çatacaq. İkinci gün estafet Pirey limanına çatacaq, oradan isə Krit adalarına yola düşəcək. Məşəlçilər Santorini, Naxos, Paros, Korfu adalarına, eləcə də Yunanıstanın şimal, qərb və şərqindəki şəhərlərə səfər edəcəklər.Aprelin 26-da Olimpiya məşəli Afinaya qayıdacaq və burada Paris Olimpiadasının təşkilatçılarına təhvil veriləcək. O, Yunanıstanın paytaxtında Fransa səfirliyində gecələyəcək, ertəsi gün isə bu ölkədə tarixi abidə kimi tanınan 120 illik üç dirəkli “Le Belem” yelkənli gəmisi ilə Fransaya yola düşəcək. Məşəl mayın 8-də Marselə çatdırılacaq. Marselin köhnə limanında keçiriləcək qarşılanma mərasiminə təxminən 150.000 adamın qatılacağı gözlənilir və eramızdan əvvəl 600-cü illərdə Kiçik Asiyadan olan yunanlar - fokilər tərəfindən salınan şəhərin özündə yelkənli qayıq yarışları keçiriləcək.Fransa ərazisindən keçən məşəl estafeti 68 gün davam edəcək və iyulun 26-da Oyunların açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq. Olimpiya Oyunları avqustun 11-dək Parisdə keçiriləcək.

Seçilən
62
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
25834
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
24832
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18095
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14072
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
13677
Sabah 20 dərəcə isti olacaq
9303
May ayında Azərbaycana qar yağdı - VİDEO
8639
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8403
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8253
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7118
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7043
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6955
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6701
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6325
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6280
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6276
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5899
Azərbaycan nefti ucuzlaşıb
5758
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5593
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5584