AZ

Özbəkistanda BMU-nun dəstək verdiyi beynəlxalq konfrans keçiriləcək

20-26 oktyabr 2024-cü il tarixlərində Özbəkistan Respublikasında Bakı Mühəndislik Universitetinin (BMU) təşkilati dəstək verdiyi “İnformasiya texnologiyaları və riyazi modelləşmə (“İTMM-2024”)” mövzusunda Aleksandr Fyodoroviç Terpuqov adına 23-cü beynəlxalq konfrans keçiriləcək. 

İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a bildirilib ki, Qarşi Dövlət Universitetində baş tutacaq konfransda tədbirin  Beynəlxalq Proqram Komitəsinin üzvləri - BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov və elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov iştirak edəcək. 

“İTMM-2024”-də informasiya və telekommunikasiya texnologiyaları üzrə ən son tədqiqatlar və praktiki nəticələrin, riyazi modelləşdirmə, süni intellekt, rəqəmsal iqtisadiyyat, ağıllı sistemlər, robototexnika, proqram mühəndisliyi kimi elmi tədqiqat və texniki sahələrin digər mühüm istiqamətlərinin müzakirəsi nəzərdə tutulur. Həmçinin konfrans elmi bilik və təcrübənin inteqrasiyası, təhsil mühitinin səmərəli inkişafında ali təhsil müəssisələri ilə elmi tədqiqat təşkilatlarının rolunun artırırlması, sözügedən sahələr üzrə uzunmüddətli inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır. 

Konfrans çərçivəsində “Müasir stoxastik modellər və aktuar riyaziyyatın problemləri-2024” mövzusunda beynəlxalq simpozium, eləcə də tələbə və gənc alimlərin elmi işlərinin müsabiqəsi keçiriləcək və ən yaxşı məruzələr diplomlarla təltif olunacaq. 

BMU ilə yanaşı, konfransın digər təşkilatçıları Rusiya Federasiyasının Tomsk Dövlət Universiteti, Xalqlar Dostluğu Universiteti, V.A. Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu. Lobaçevski Dövlət Universiteti, Sibir Federal Universiteti, Özbəkistanın Qarşi Dövlət Universiteti və Şahrisabz Dövlət Pedaqoji İnstitutudur. 

Beynəlxalq tədbirin adının verildiyi görkəmli alim A.F.Terpuqov konfransın ilk təşkilatçılarından biridir. O, Tomsk Dövlət Universitetinin əməkdar professoru,  ehtimal nəzəriyyəsinin tətbiqi sahəsində elmi məktəbin banisi, məşhur Sibir tətbiqi ehtimal nəzəriyyəsi məktəbinin rəhbəri, həmçinin Rusiya Federasiyasının əməkdar elm xadimidir. 

Seçilən
60
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4274
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3792
Bu yol qovşağında təmir işləri aparılacaq
3324
Bakıda hoteldə yanğın başlayıb
2841
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1967
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1794
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1621
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1585
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1570
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1392
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1371
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1284
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1265
Azərbaycan nefti ucuzlaşıb
1218
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
1073
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
1055
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
1052
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
1031
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
999
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
918