AZ

Türk dövlətləri Ermənistanla münasibətlərini qurarkən mütləq Azərbaycanın maraqlarını nəzərə alırlar – Azər Həsrət

Ermənistanla türk dövlətləri arasında münasibətlərin intensivləşməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Bu proseslərin Azərbaycan-Ermənistan münasibətlərində necə əks olunacağı müəyyən suallar yaradır.

Siyasi şərhçi Azər Həsrət mövzu ilə bağlı Herbiand.az saytına açıqlamasında sual doğuracaq məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, Orta Asiya türk dövlətlərində bəlli bir sayda erməni diasporu var. Bu diasporlar həmin ölkələrdə çox fəaldır:

“Yəni qardaş Qazaxıstan da daxil olmaqla o dövlətlərdə yaşayan və vətəndaşlığı olan erməni diasporu faktiki olaraq ölkənin ictimai, siyasi həyatında çox fəal şəkildə iştirak edir və təbiidir ki, bu fəallıq da ümumilikdə Ermənistanla münasibətlərdə həlledici rollardan birini oynayır. Ona görə də Orta Asiya türk dövlətləri Ermənistanla münasibətlərə və ya digər şəkildə ehtiyatlı, yaxud da ki, gərəkli yanaşma zərurəti duyurlar”.

Qazaxıstan prezidentinin Ermənistana səfərinə toxunan Azər Həsrət bu dövlətlə Ermənistan arasında münasibətlərin anti-Azərbaycan münasibəti olmadığını qeyd etdi. Bildirdi ki, həm Qazaxıstan, həm də digər türk dövlətləri Ermənistanla münasibətlərini qurarkən mütləq Azərbaycanın maraqlarını nəzərə alırlar:

“Yəni heç bir halda o dövlətlərin Ermənistanla münasibətləri Azərbaycana qarşı çevrilməyib, Azərbaycanın zərərinə deyil və ümumiyyətlə, hansısa şəkildə Azərbaycanla Orta Asiya, türk dövlətlərinin münasibətlərinə xələl gətirməyəcək. Yəni nəzərə almaq lazımdır ki, hər bir dövlətin özünün müstəqil siyasəti var və təbiidir ki, bu siyasət çərçivəsində davranmalıdırlar. Hətta mən deyərdim ki, Orta Asiya, Türk dövlətlərinin Ermənistanla münasibətləri əslinə qalanda Azərbaycan Ermənistan nizamlamasının da faydasınadır. Yəni Ermənistan istər-istəməz bir tərəfdə Türkiyə, digər tərəfdə başqa türk dövlətlərini görüncə Azərbaycanla hesablaşmalı olduğunu daha yaxşı anlamış olur. O baxımdan Orta Asiya, türk dövlətlərinin Ermənistanla münasibətlərindən narahatlıq duymağa gərək yoxdur. Əlbəttə, indi Özbəkistan örnəyi var. Ermənistanla diplomatik əlaqələr qurmuş, buna baxmayaraq, tutaq ki, Qazaxıstan və Qırğızıstan daha intensiv şəkildə Ermənistanla işləyir, Türkmənistan da bu və ya digər şəkildə işləyir. Amma bütün bunlar ümumilikdə bir daha qeyd etmək istəyirəm ki, anti-Azərbaycan, yaxud da ki, Azərbaycana qarşı hansısa görsəniş sayıla bilməz”.

Siyasi şərhçi türk dövlətlərinin Ermənistanla münasibətlərində mütləq Azərbaycanın maraqlarını Ermənistanın rəhbərliyinin diqqətinə çatdırdıqlarını da vurğuladı:

“Necə ki, qardaş Qazaxıstanın prezidenti Ermənistana səfəri zamanı açıq şəkildə bəyan etdi ki, Ermənistan Azərbaycan tənzimlənməsinə töhfə verməyə hazırdılar və bir an öncə sülh müqaviləsinin bağlanmasını arzu edərdilər. Hətta o da təklif edildi ki, Astana bu məsələdə vasitəçi rolunu oynaya bilər”.

Elnurə İSAXAN

Seçilən
42
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26677
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26343
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18130
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
17036
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14410
Sabah 20 dərəcə isti olacaq
9676
May ayında Azərbaycana qar yağdı - VİDEO
8828
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8589
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8488
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
8266
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7233
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7144
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6961
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6894
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6594
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6484
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6443
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6033
Azərbaycan nefti ucuzlaşıb
5988
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5866