AZ

Con Kirbi: İsrailin cavab hücumuna dair əlamətlər yoxdur

Birləşmiş Ştatlar İsrailin İranın hücumuna cavab vermək qərarına gəldiyinə dair heç bir sübut görmür.

Yenisabah.az ABC News-a istinadla xəbər verir ki, bunu Ağ Evin müşaviri Con Kirbi deyib.

O, Amerika prezidenti Co Baydenin ABŞ-ın Yaxın Şərqdə vəziyyətin gərginləşməsini istəmədiyini və İranla münaqişəyə can atmadığını açıq şəkildə ifadə etdiyini vurğulayıb.

Bununla belə, Ağ Evin müşaviri qeyd edib ki, İsrailin qisas alacağına dair yekun qərarı İsrailin baş naziri Binyamin Netanyahu və onun hərbi kabineti verəcək.

Bir gün əvvəl “The Wall Street Journal” (WSJ) adı açıqlanmayan 3 Qərb rəsmisinə istinadla İsrailin İranın hücumuna tezliklə cavab verə biləcəyini yazmışdı.

ABŞ İsraili münaqişəni gərginləşdirə biləcək heç bir tədbir görməməyə çağırıb. Vaşinqton İrana heç bir cavab tədbirində iştirak etməyəcəyini açıq şəkildə bəyan edib.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
15
Mənbələr
Şərh ()
Bağla