AZ

London və İrəvan qeyri-qanuni miqrantların Ermənistana göndərilməsi ilə bağlı danışıqlar aparırlar — qəzet

Böyük Britaniya ölkədən qovulmuş qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb.

Bu barədə "The Times" qəzeti Britaniya Xarici İşlər Nazirliyinin sənədlərinə istinadən yazır.

Qəzetin məlumatına görə, bu ölkələr Ermənistan, Botsvana, Fil Dişi Sahili və Kosta-Rikadır. London onlarla Böyük Britaniya və Ruanda arasında imzalanmış müqaviləyə bənzər bir müqavilə bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Böyük Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Anqola, Cape Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra Leone də daxil olmaqla Afrika dövlətlərinin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər.

Qəzet xatırladıb ki, bir il yarımdır ki, Böyük Britaniya ondan qovulmuş qeyri-qanuni miqrantları qəbul etməyə hazır olan ölkələr axtarır. Ölkənin baş naziri Rişi Sunak ötən ilin payızında müvafiq razılaşmaların bağlanacağına ümid edirdi, lakin Britaniya hakimiyyəti Ruandaya bir dənə də olsun qeyri-qanuni immiqrant göndərə bilmədiyi üçün danışıqlar dalana dirənib.

Seçilən
194
3
Mənbələr
Şərh ()
Bağla