AZ

Mali Fransaya qarşı süni intellektdən istifadə edir

Mali Fransa ilə əlaqələri kəsərkən, həm də keçmiş müstəmləkəçisinin dilindən xilas olmağa çalışır.
Ednews odatv-ə istinadən xəbər verir ki, Xuntanın hakimiyyətdə olduğu Qərbi Afrika ölkəsi regionda ən populyar dil olan Bambara dilini populyarlaşdırmaq üçün süni intellektdən istifadə edir .
Məsələ ilə bağlı xəbər verən “Washington Post” qəzeti öz ana dilinin yazıldığını görməyən bir çox tələbənin indi noutbuklarla bu imkana sahib olduğunu yazıb.
Amerika qəzeti tələbələrin oxuduğu mətnlərin Bambara kimi yerli dillərdə süni intellekt tərəfindən yaradıldığını vurğulayıb.
Keçən il Malidəki xunta administrasiyası fransız dilini rəsmi dil kimi ləğv edərək, Bambara dili də daxil olmaqla, 13 dillə əvəz etdi. Bununla belə, məktəblərdə və dövlət idarələrində fransız dilində danışılır.
Təhsil Nazirliyindən Seni Tognine, ictimaiyyətin indi yerli dillərə tələbat olduğunu iddia edir və 2023-cü ildə başlanan RobotsMali adlı təşəbbüslə 140-dan çox süni intellekt kitabını Bambara dilinə tərcümə etdiklərini söyləyir.
Bundan əlavə, süni intellekt vasitəsilə mətnlərə uyğun şəkillər hazırlanır.
Daha sonra ChatGPT tələbələr üçün oxuyub-anlama testləri hazırlayır.
Xəyal Ramiz 
.

Seçilən
100
37
Mənbələr
Şərh ()
Bağla