AZ

“The Times” nəşri Ermənistanla bağlı yeni FAKT açıqladı

“The Times” qəzeti Ermənistanla bağlı yeni fakt açıqlayıb. Nəşrin yazdığına görə, Böyük Britaniya krallıqdan qovulan qanunsuz miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq davam edir.Nəşrin məlumatına görə, London məhz bu dörd ölkə ilə Böyük Britaniya və Ruanda arasında əvvəllər əldə edilmiş razılaşmanın analoqunu bağlamağı gözləyir. Braziliya, Kolumbiya, Paraqvay, Peru və Ekvadorla mümkün əməkdaşlıq məsələsi də qaldırılıb, lakin Krallığın Xarici İşlər Nazirliyi hesab edir ki, bu ölkələrin hakimiyyət orqanları bunda çox maraqlı olmayacaq. Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leone kimi Afrika dövlətlərinin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər.Mətləb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
257
5
Mənbələr
Şərh ()
Bağla