AZ

Smartfonunu əlinizdə necə saxlayırsınız? - Bu, sizin xarakterinizdən xəbər verə bilər...

Bu, sizin xarakterinizdən xəbər verə bilər...
 
Özünüz haqqında, şüurun gizlətdiyi sirləriniz barədə daha çox öyrənmək istəyirsinizsə, bu maraqlı testdən keçməyi məsləhət görürük...
 
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
 
Diqqət ediləcək əsas məqam smartfondan adətən necə istifadə etməyinizdir. Heç demə, smartfonu əldə müxtəlif cür, məsələn, hər iki əlinizdə və əlin baş barmaqları və ya yalnız biri ilə saxlamaq olar. Telefonu bir əldə saxlamaq və həmin əlin baş barmağı ilə və ya  başqa əlin şəhadət barmağı ilə idarə etmək olar.
 
Sizin smartfondan adət etdiyiniz kimi istifadə üsulunuz sizin haqqınızda çox şeyləri göstərə bilər.
 
1. Siz telefonu bir əlinizdə saxlayırsınız  və bir əlin baş barmağından istifadə edirsiniz
 
Siz nikbinlik və özünəinamla dolu qayğısız ruhunuzu təcəssüm etdirirsiniz. Həyatın çətinlikləri sizi sarsıda bilməz, həyat yolunuzda  baş verənlərin hamısını heç bir qınaq olmadan qəbul edirsiniz. Siz öz gücünüzə əminsiniz, hər zaman hərəkətdəsiniz, yolunuzda qarşınıza çıxan hər yeni imkandan ikiəlli yapışırsınız.
 
Sizin risk etməyə və lazım gəldikdə rahatlıq zonasından çıxmağa hazır olmağınız sizə öz məqsədləriniz və ambisiyalarınıza nail olmağa kömək edir. Bəzən siz düşüncəsiz və çılğınlıqla detallara varmadan tələskənliyə meyllisiniz.
 
2. Telefonu hər iki əlinizdə saxlayırsınız və yalnız bir əlin baş barmağından istifadə edirsiniz.
 
Böyük ehtimalla, siz həyata ehtiyatla yanaşırsınız, risklərdən yan keçirsiniz. Siz əzabkeşsiniz, intuisiyanız inkişaf edib, bunun sayəsində siz ətrafınızda olan insanların iç üzünü, niyyətlərini görmək kimi heyrətamiz qabiliyyətə maliksiniz. Sizin detallara hədsiz diqqətiniz sizi yalandan qoruyur və münasibətlərdə və vəziyyətlərdə dəqiq hərəkət etməyə kömək edir.
 
Siz müəyyən prinsiplərə əməl edirsiniz, həmişə ağılla hərəkət etməyə çalşırsınız. Adətən insanlar sizə kömək üçün müraciət edir, onları cəlb edən sizin ölçülü-biçili xarakteriniz və praktiki yanaşmanızdır. Sizin iştirakınız sakitlik gətirir, ona görə də ətrafınıza sizinlə bir olmaq rahatdır.
 
3. Telefonu hər iki əlinizdə saxlayırsınız və hər iki baş barmağınızdan istifadə edirsiniz
 
Əgər siz amartfondan bu cür istifadə edirsinizsə, siz, böyük ehtimalla, enerjili və qayğısızsınız. Sizin vəziyyəti tez bir zamanda təhlil etmək və problemin miqyasından asılı olmayaraq müvafiq qərarlar tapmaq qabiliyyətiniz sizin iti zəkaya malik olduğunuzu göstərir. "Ən güclü sağ qalır" konsepsiyasına əməl edərək siz dəyişikliklərdən yan keçmirsiniz. Amma siz vəziyyətə çox gözəl uyğunlaşır və müxtəlif tələblərin öhdəsindən bacarıqla gəlirsiniz.
 
Siz enerjilisiniz, daima hiss edirsiniz ki, sutkanın 24 saatı sizin üçün yetərli deyil. Siz həmişə istənilən kampaniyanın, tədbirlərin sevimlisisiniz. Siz çeviksiniz, uşaqların əhatəsində qayğısız davranışı intellektual diskusiyalar zamanı daha ciddi və diqqət tələb edən mövqeyə asanlıqla dəyişirsiniz.
 
4. Telefonu bir əlinizdə saxlayırsınız və digər əlin şəhadət barmağından istifadə edirsiniz
 
Əgər smartfondan bu cür istifadə edirsinizsə, sizdə yüksək əqli dözümlülük və yetkinlik səviyyəsi var, siz nadir hallarda qərar qəbul etməyə tələsirsiniz. Siz öz variantlarınızı diqqətlə nəzərdən keçirməyə üstünlük verirsiniz, digərləri sizə təsir edə bilməz. Sizin müdrikliyiniz və biliyiniz öz həyat təcrübənizin nəticəsidir, bu da sizin yaxşı inkişaf etmiş gözüaçıqlıq hissinizə kömək edir. Ola bilsin ki, siz gönüqalın adamsınız, bu da hətta mürəkkəb vəziyyətlərdə belə digərləri tərəddüd edəndə təmkinliyinizi saxlamağa imkan verir.
 
Smartfondan belə istifadə üsulu onu göstərir ki, sizin zəngin təxəyyülünüz var. Bunun yaratdığı unikal ideyalar ətrafdakıları cəzb edir. Siz gördüyünüz istənilən işdə əminlik və uğur aşılayırsınız.  Siz yeni əlaqələrə çeşidliklə yanaşırsınız. Lakin əgər dostluq edirsinizsə, bu, başqaları üçün gözəl təcrübədir. Sizin söhbətləriniz, başqaları ilə ünsiyyətiniz silinməz təəssürat yaradır.
Seçilən
240
37
Mənbələr
Şərh ()
Bağla