AZ

"Hizbullah" İsrailin şimalına raket zərbələri endirib

"Hizbullah" təşkilatının döyüşçüləri, Livan ərazilətindən İsrailin şimal ərazilərinə onlarla raket zərbələri endirib. Hərəkatdan bildirilib ki, raket zərbələri Qəzza bölgəsində yaşayan fələstin xalqını müdafiə etmək məqsədilə endirilib.  "İslam müqavimət hətəkatının döyüşçüləri düşmənin Zaur yaşayış məntəqəsi yaxınlığında yerləşən arteleriya mövqelərinə onlarla "Katyuşa" raketi ilə zərbələr endirib"- deyə "Hizbullahın" Telegram-kanalında bildirilib.  "The Jerusalem Post" qəzetinin məlumatlarına görə, atılan raketlərin sayı 40-dan yuxarı olub. İsrailin müdafiə ordusu da öz növbəsində bəyan edib ki, hətəkat tərəfindən raket zərbələrinin endirilməsinə, İsraili HHQ-ni Livanın cənubuna endirdiyi aviazırbələrlə cavab verib.  "Bir az əvvəl İsrailin hərbi hava qüvvələri, "Hizbullahın" terroristləri yerləşən Aytə-əş-Şab rayonu, həmçinin bir hərbi kompleksinə aviazərbələr endirib"- deyə TSAXAL-ın mətbuat xidmətindən bildirilib.  Rüstəm Hacıyev

Seçilən
193
50
Mənbələr
Şərh ()
Bağla