AZ

“Sabah” – “Qarabağ” oyununun hakimləri AÇIQLANDI

Azərbaycan Premyer Liqasında XXX turun təyinatları məlum olub.
 
Moderator.az xəbər verir ki, bu gün start götürəcək matçların ədalət təmsilçiləri müəyyənləşib.
 
“Sabah”la “Qarabağ” arasında turun mərkəzi görüşünü Rəvan Həmzəzadə idarə edəcək. “Sumqayıt”la “Zirə”nin duelində isə Tural Qurbanov fit çalacaq.
 
Qeyd edək ki, turun görüşləri 3 günü əhatə edəcək.
 
Azərbaycan Premyer Liqası
 
XXX tur
 
12 aprel (cümə)
 
"Sumqayıt" – "Zirə"
 
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Kamal Umudlu
 
VAR: İnqilab Məmmədov
 
AVAR: Kamran Bayramov
 
Hakim-inspektor: Ramil Diniyev
 
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
 
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00
 
13 aprel (şənbə)
 
"Qəbələ" – "Turan Tovuz"
 
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
 
Hakim-inspektor: Babək Quliyev
 
AFFA nümayəndəsi: Elçin Məmmədov
 
Qəbələ şəhər stadionu, 16:30
 
"Neftçi" – "Araz-Naxçıvan"
 
Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli
 
Hakim-inspektor: Ömər Paşayev
 
AFFA nümayəndəsi: Elman Musayev
 
"Neftçi Arena", 19:00
 
14 aprel (bazar)
 
"Səbail" – "Kəpəz"
 
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
 
Hakim-inspektor: Vüsal Əliyev
 
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
 
"ASCO Arena", 16:30
 
"Sabah" – "Qarabağ"
 
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
 
Hakim-inspektor: Asim Xudiyev
 
AFFA nümayəndəsi: Rüfət Əmirov
 
"Bank Respublika Arena", 19:00
 
Seçilən
115
26
Mənbələr
Şərh ()
Bağla