AZ

Kəsmik alanda yağ tərkibinə DİQQƏT EDİN: İnsanların 50%-i səhv edir

Məşhur inancın əksinə olaraq, az yağlı kəsmik tam yağlı kəsmikdən daha sağlam deyil.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva Dövlət Universitetinin Universitet Klinikasının endokrinoloqu Zuxra Pavlovanın fikrincə, ən sağlamı yağ tərkibi 5-9% olan kəsmikdir.

Onun sözlərinə görə, kəsmik yüksək insulin indeksinə malik olduğundan, onu yavaş karbohidratlarla birləşdirmək tövsiyə olunur:

“Xama, mürəbbə və bal ilə kəsmik yeməməlisiniz, bu onun kalorisini əhəmiyyətli dərəcədə artırır. Həmçinin kəsmiyi çay və ya qəhvə ilə içmək məsləhət görülmür. Onlar kəsmikdə olan kalsium, dəmir, vitamin A və B qrupunun udulmasını pozur”.

Seçilən
165
20
Mənbələr
Şərh ()
Bağla