AZ

Yaqub Zurufçunun həyat yoldaşı: "Mahnılarını heç kim icazəsiz oxuya bilməz, artıq şəhadətnamə almışıq"

"Yaqub Zurufçunun mahnılarını Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirirəm. Bizim əlimizdə şəhadətnamə var. Çünki Yaqub bəy bütün əmlakını oğluna və mənə həvalə etdiyinə görə hüquqlar da biz tərəfdən qorunur".

Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib.

O daha sonra əlavə edib:

"Mahnının müəllifi var. Müəllif dünyadan köçübsə, onun varisləri var, hüquqlarını qoruyan şirkət var. Hər-hansısa musiqiyə müraciət etməmişdən öncə onun icazəsi alınmalıdır. Mən klassik musiqilərdən danışmıram. Bu, dünyanın hər yerində belədir. İcazə alınmayıb oxunulubsa, bunun özü bir hörmətsizlik, bilgisizlikdir.

Məlumatsızlıqdan belə hallar baş verir. Məlumat verəndə yenə də pis sən olursan. Mahnının müəllifi və varisləri icazə vermirsə oxunmamalıdır. Buna da əks münasibət göstərmək, əsəbiləşməyin özü də müəllif sahibinə qarşı mədəniyyətsizlikdir. Yavaş-yavaş artıq Yaqub bəyin bütün musiqilərini qeydiyyatdan keçirəcəyəm. Hələlik "Dəniz" mahnısı üçün müraciət edib, şəhadətnamə almışam. Şəhadətnamə alandan sonra bunu televiziyalara vermək istəyirəm ki, bilinsin mahnının müəllifi var. Gəlib-gedən, hər yoldan ötən bu mahnıları oxuya bilməz. Zatən Yaqub bəyin "YouTube" səhifəsində, digər musiqi platformalarda rəqəmsal formada yayımlanır. Nə qədər ki mən həyatdayam, bu işlə ciddi məşğul olacağam".

Aynur xanım bildirib ki, Yaqub Zurufçu hər zaman qalmaqallardan uzaq durub.

"Bir-iki dəfə belə bir məsələ olmuşdu. Mən bir az çılğın insanam, reaksiyam fərqli olurdu. Yaqub bəy çox sakit, mədəni, təmkinlə deyirdi ki, nə qədər ki insan məşhur olacaq, belə qalmaqallar, söz-söhbətlər də baş verəcək. Məsələ o vaxt şişir ki, sən ona reaksiya verirsən. Belə bir məsəl də var ki, sözü kim böyüdər? Əlbəttə ki, yiyəsi. O, həddindən artıq mülayim insan idi. Sözünü, yerini, danışığını bilən adam idi. Mənə də həmişə təmkin, səbir arzulayırdı", - deyə sənətkarın həyat yoldaşı bildirib.


BiG.Az
Seçilən
152
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26146
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17181
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16865
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15575
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13948
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11390
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11198
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10671
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10010
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9341
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7168
Səidə Sultan klipi üçün lüt soyundu
7113
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5915
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5636
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5173
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
5017
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4546
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4268