AZ

Ermənistan parlamenti polis mühasirəsində

Ermənistan parlamentinin binası ətrafında fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə “Pastinfo” nəşri məlumat yayıb. Binanın qarşısına içərisində polis əməkdaşlarının olduğu 10-dan çox avtobus gətirilib.

“Birgə” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə Milli Assambleyanın qarşısında aksiya keçirib. Bundan əvvəl parlament qüvvələrinə impiçment proseduruna başlamağı tələb edən məktub göndərilib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində işğal altındakı Azərbaycan kəndləri müzakirəyə çıxarılmışdı.

Musavat.com

Seçilən
181
25
Mənbələr
Şərh ()
Bağla