AZ

Türkiyə İsrailə mal ixracına sanksiyalar tətbiq edib

Türkiyə İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyət qoyur...Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi İsrail ordusunun Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla əlaqədar aprelin 9-dan etibarən İsrailə 54 adda sənaye malının ixracına məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.Məhdudiyyətlər İsrail hərbçiləri Fələstin anklavını tərk edənə qədər qüvvədə qalacaq.Ticarət Nazirliyi açıqlamasında bildirib ki, polad, alüminium, boyalar, elektrik kabelləri, aviasiya yanacağı, yağ, gübrə, bəzi növ sənaye avadanlıqları və digər məhsulların İsrailə idxalına qadağa qoyulub. .2023-cü ilin oktyabrında İsrail və radikal Fələstin HƏMAS hərəkatı arasında münaqişənin başlanğıcından Türkiyə rəhbərliyi qruplaşmanın tərəfini tutdu və dəfələrlə İsrail rəhbərliyini Qəzza zolağında hərbi cinayətlər törətməkdə ittiham edib.Bundan başqa, ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS-ı heç vaxt terror təşkilatı kimi tanımayacağını bəyan edib.Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında müharibədən sonrakı nizamlanma planını təqdim edib.Poliqon.info

Seçilən
106
50
Mənbələr
Şərh ()
Bağla