AZ

Kamuflyajın yeni səviyyəsi: ABŞ-də qeyri-adi oğurluq gündəm oldu

ABŞ-də maraqlı kamuflyajla baş verən qeyri-adi oğurluq hadisəsi gündəm olub.

Evin divarına quraşdırılmış müşahidə kamerası baş verənləri qeydə alıb.

Kadrlardan görünür ki, zibil torbasının içində gizlənən bir nəfər evə yaxınlaşaraq, qapının ağzına qoyulmuş bağlamanı oğurlayıb.

Məlum olub ki, bu ilk belə hadisə deyil. Silsilə bağlama oğrusu hələ də tapılmayıb, çünki kameralarda ancaq "casus” geyimində olub.
 
 


Görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub və sürətlə yayılıb. İstifadəçilər zarafatla bildiriblər ki, belə gülməli oğurluq hadisəsini törədənlər cəzalandırılmamalıdır.

Xatırladaq ki, daha bir qəribə oğurluq hadisəsi Çində baş vermişdi. Belə ki, 40 yaşlı sakin internetdə sifariş verdiyi yaşlı adam simasında rezin maska ilə özünü qoca kimi təqdim edərək silsilə oğurluqlar həyata keçirmişdi.

Mənbə: "Lenta dnya” "Telegram” kanalı

Seçilən
138
35
Mənbələr
Şərh ()
Bağla