AZ

Deputat yeni universitetin regionda yaradılmasını təklif edib

"Azərbaycanla Türkiyənin yaratdığı universitet tək qardaşlığımızı göstərmək naminə deyil, həm də səviyyəli universitet yaratmalıyıq. Ona görə də Türkiyə-Azərbaycan texniki universitetinin yaradılması məsələsinə baxılmalıdır. Sentyabrda yeni dərs ili başlayacaq, amma bu universitetin bina məsələsi həllini tapmayıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, biz universitetləri regionlara yaymaq barədə düşünməliyik:

"Universitet həm də regionun inkişafı deməkdir. Eyni zamanda, Qarabağ universiteti ilə bağlı planlar hələ də aydın deyil. Bunlar geniş müzakirə olunmalıdır. Biz orada ənənəvi universitet modelini formal olaraq tətbiq etməyə başlasaq, Qarabağ adına layiq universitet yaratmaqda çətinlik çəkəcəyik. Niyə orada Silikon vadisinə bənzər universitet yaratmayaq? Fərqli universitet yaratmalıyıq ki, dünyanın başqa ölkələrindən gəlib təhsil alsınlar. Biz xarici mütəxəssisləri cəlb etmək üçün yetkin büdcəyə sahib olmalıyıq".

Anar Kəlbiyev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
48
unikal.az

10Mənbələr