AZ

Fransanın məkrli siyasəti Cənubi Qafqazda sülh prosesini təhdid edir

Rəsmi Paris İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı aqressiv ritorikasını gücləndirməklə sülh danışıqlarına ağır zərbə vurmaqda davam edir. Yelisey sarayının ölkəmizə qarşı səsləndirdiyi əsassız iddialar, guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması kimi absurd açıqlamaları bir daha təsdiq edir ki, makronizm hələ də siyasi manipulyasiyalardan əl çəkmək fikrində deyil. Heç kimə sirr deyil ki, bütün bunlar sülh üçün yaranmış imkanları məhdudlaşıdrmağa xidmət edir. Məhz bütün bunların təsiridir ki, Rusiyanı regiondan çıxarıb bu coğrafiyda möhkəmlənmək istəyən Fransanın əlində alətə çevrilən Ermənistan sülh danışıqları ilə bağlı müstəqil qərar verə bilmir. Nikol Paşinyan hökuməti Qərbin, xüsusilə də Fransanın təlimat, təzyiq və şirnikləndirmələri ilə danışıqlar prosesini hər vəchlə əngəlləyir, gecikdirmə taktikasına əl atır, üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozmaqda davam edir.

Danılmaz faktdır ki, Fransanın, bütövlükdə bəzi Qərb ölkələrinin öz geosiyasi maraqları naiminə rəsmi İrəvan vasitəsilə Ermənistan və Azərbaycan arasında sülh prosesini əngəlləməsi Cənubi Qafqazda qarşıdurmanı gücləndirir, regionun təhlükəsizliyinə əsaslı təhdid yaradır. Şübhə yoxdur ki, Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Leyayenlə Brüssel görüşündə də bu dairələr regionda sabitliyi pozmaq üçün yenə öz simalarını ortaya qoyacaqlar. Rəsmi Bakı məsələ ilə bağlı açıqlamasında bildirib ki, sözügedən görüş tam şəffaf şəkildə keçirilmir. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

Heç də təsadüfi deyil ki, Brüssel görüşü ərəfəsində, aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə birgə mətbuat konfransında fransalı nazir ölkəmizin əleyhinə böhtan xarakterli fikirlər səsləndirib. O, bütün diplomtik etiketləri kobud şəkildə pozaraq bildirib ki, guya Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Fransalı nazir bir az da irəli gedərək deyib ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Təbii ki, bütün bunlar saxtakar Stefan Sejurnenin, daha doğrusu, Fransanın beynəlxalq aləmdə Azərbaycan barədə təcavüzkar, sülhə, əməkdaşlığa meyilli olmayan dövlət imici formalaşdırmaq istəyindən başqa bir şey deyil.

Prezident İlham Əliyev daim bildirir ki, Azərbaycan ilə Ermənistan arasında beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əldə olunması qaçılmazdır və ölkəmiz regional sülh gündəliyinə, davam edən danışıqlar prosesinə daim sadiqdir. Azərbaycan regionda sabitlik üçün var gücü ilə çalışsa da, ABŞ və bəzi Qərb ölkələri Ermənistanı şirnikləndirərək buna mane olmağa çalışırlar. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edərək Brüssel görüşü ilə bağlı məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib. Danışıq zamanı A.Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb. Dövlətimizin başçısı isə Qərbdə Azərbaycanın Ermənistana hücum etmək niyyətində olduğu barədə səsləndirilən ittihamların tamamilə əsassız olduğunu vurğulayıb. Ölkə başçısı aprelin 2-də Parisdə Antoni Blinken ilə keçirilmiş mətbuat konfransında Fransa xarici işlər nazirinin yalan danışaraq Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü tanımamaqda və Ermənistana qarşı təhlükə mənbəyi olmaqda ittiham etdiyini bildirib.

Əslində bütün dünyada, eləcə də “qoca qitə”də yaxşı bilirlər ki, Fransa kimi ölkələr bir tərəfdən Ermənistanı silahlandırır, digər tərəfdən isə sülh barədə danışır. Həmçinin hər kəsə aydındır ki, məhz həmin dairələr, xüsusilə də Fransa Cənubi Qafqazda sülh gündəliyinə mənfi təsir göstərən məkrli siyasət yürüdürlər. Məsələn, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Fransanın xarici işlər naziri Stefan Sejurnenin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatlarını tənqid edərək bildirib ki, rəsmi Paris Cənubi Qafqazda sülhün bərqərar olması səylərini pozmamalıdır. Fransalı nazirin ABŞ-ın Dövlət katibi A.Blinkenlə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi sözləri şərh edən E.Çirielli qeyd edib ki, Azərbaycan-Ermənistan sülh prosesində iştirak edən qurumlardan başqa digər təşkilatların nümayəndələrinin hər hansı bəyanatı gərginliyi daha da artıra bilər: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycan məsuliyyətli mövqe tutur. Fransanın xarici işlər naziri ABŞ Dövlət katibi ilə birgə mətbuat konfransında verdiyi açıqlamalar, şübhəsiz ki, vəziyyəti sakitləşdirməyə kömək etmir. Fransanın naziri S.Sejurne sağlam düşüncəni rəhbər tutaraq regionda davamlı sülhə nail olmaq üçün irəliləyənlərin səylərini sarsıtmaması məqsədəuyğun və faydalı olardı”.

Beləliklə, dövlətimizin başçısının A.Blinkenlə telefon danışığı zamanı bildirdiyi kimi, anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımlar, o cümlədən Fransanın Ermənistanın silahlandırılması siyasəti regionda silah yarışına rəvac verərək təxribatlara səbəb olacaq. Belə ki, Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, gərginliyin yaranmasına gətirib çıxaracaq. Ancaq Qərbdəki bəzi dairələr, xüsusilə də Yelisey sarayı anlamılıdır ki, bütün bunlar nə Fransaya, nə də özünə gündə bir havadar axtaran, Rusiyanın “qulpsuz çamadan”ı olan “sülhsevər” Ermənistana heç nə qazandırmayacaq.

Zahid Rza, “İki sahil”

Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3426
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3372
Bu yol qovşağında təmir işləri aparılacaq
2837
Bakıda hoteldə yanğın başlayıb
2466
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1474
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1464
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1461
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1314
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1123
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1116
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1006
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
960
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
912
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
835
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
804
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
803
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
789
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
779
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
747
Sabah 5 kəndin qazı kəsiləcək
731