AZ

İnsanlar yıxıldıqları yerdən qalxa bilmir, ağaclar kökündən çıxır: Kentukkidə tornadodan görüntülər - VİDEO

ABŞ-nin Kentukki ştatında əlverişsiz hava şəraiti hökm sürür. Fırtına infrastruktura ziyan vurub.

Bu barədə Milli Meteoroloji Xidmət xəbər yayıb.

Qurumun məlumatına görə, Hantinqton hava limanında sürəti saniyədə 45 metrə çatan küləklər qeydə alınıb.

Qeyd edək ki, güclü külək ağacları kökündən çıxarıb, evlərin damını uçurub. Minlərlə sakin işıqsız qalıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə şahidləri küləyin fəsadlarını və küçədə yıxılan insanları qeydə alıblar.

Kentukki qubernatoru təbii fəlakətdən zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edib. Siyasətçinin sözlərinə görə, ölən olmasa da, xəsarət alanlar var. Onların sayı açıqlanmayıb.

Meteoroloqlar isə növbəti 24 saat ərzində artan küləklər, yeni tufanlar və tornado ehtimalı barədə xəbərdarlıq edirlər.

Mənbə: NTV

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla