AZ

Abdolbari Gözəl medalla təltif olundu - Foto

Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Azərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gözəl “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Axar.az xəbər verir ki, sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin ulu öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır.

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühim töhfələr verən Abdolbari Gözəl, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

Seçilən
134
50
Mənbələr
Şərh ()
Bağla