AZ

Abdolbari Gozal "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edilib

Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Azərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.AzVision.az bildirir ki, sağlığında sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin ulu öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır.

Müasir Azərbaycanda özəl sektorun inkişafına mühim töhfələr verən Abdolbari Gozal, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.

AzVision.az

Seçilən
152
50
Mənbələr
Şərh ()
Bağla