AZ

Abdolbari Gozal təltif olundu - Foto

Prezident İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı iləAzərbaycanın “Azərsun Holdinq”in qurucusu və Müşahidə Şurasının sədri Abdolbari Gozal “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunub.

Teleqraf.com xəbər verir ki, sahibkarlıq fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindənyüksək qiymətləndirilən Abdolbari Gozal, həmçinin ulu öndərin irsinin yaşadılması üçün həyata keçirilən bir çox layihənin təşəbbüskarıdır.

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühim töhfələr verən Abdolbari Gozal, 20 il öncə, iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Eyni zamanda, şirkətlər qrupunun rəhbəri 2016-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılıb.


Müəllif: Teleqraf.com
Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla