AZ

"İrəvanla Bakı arasındakı ərazi mübahisələri bu üsulla həll edilməlidir" - Rusiya XİN

İrəvanla Bakı arasında bütün ərazi mübahisələri Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə ikitərəfli komissiya çərçivəsində siyasi-diplomatik üsullarla həll edilməlidir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Biz bu prosesə hər cür dəstək verməyə hazırıq. Hesab edirəm ki, Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli mexanizmlərinin ritmik işini bərpa etməyin vaxtı çoxdan çatıb. Biz tərəfdaşları siyasi iradə nümayiş etdirməyə, effektivliyini sübut edən üçtərəfli formatda əlaqələri bərpa etməyə çağırırıq", - deyə o qeyd edib.

Zaxarovanın sözlərinə görə, Aİ və ABŞ bir tərəfdən güzəştlər çıxarır, digər tərəfdən təhdid edir, Rusiya Federasiyası isə həmişə kompleks, kompromis həll yollarının tərəfdarıdır.

Ağarza Elçinoğlu 

Seçilən
182
29
Mənbələr
Şərh ()
Bağla