AZ

Türkiyədə PKK tərəfdarları küçələrə axışdı: 89 nəfər saxlanıldı - VİDEO

Türkiyənin müxtəlif şəhərlərində PKK terror təşkilatı tərəfdarları tərəfindən aksiyalar keçirilib. 

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları küçələrdə tonqallar qalayıb, polis və təcili tibbi yardım maşınlarına daş, "Molotov kokteyli" atıblar. Aksiyaçılar həmçinin PKK-ya rəğbət və dəstək göstərən şüarlar səsləndiriblər. 

Aksiya iştirakçılarından 89 nəfəri polis tərəfindən saxlanılıb. 

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından açıqlama verib.

"2 aprel 2024-cü il çərşənbə axşamı icazəsiz nümayiş keçirən 89 nəfərin Separatçı Terror Təşkilatına qarşı tərif və dəstək şüarları səsləndirdiyini, təhlükəsizlik qüvvələrinə daşla hücum etdiyini və xəbərdarlıqlara baxmayaraq müqavimət göstərən Vanda 26, Hakkari Yüksekovada 29, Hakkari Mərkəzində 9, Siirtdə 4, Batmanda 5, Şırnakda 10, İzmirdə 6 olmaqla ümumilikdə 89 şübhəli saxlanılıb", - Ali Yerlikaya qeyd edib. 

"Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi üçün yorulmadan fəaliyyətini davam etdirir", - Nazir əlavə edib. 

 

Musavat.com 

Seçilən
170
25
Mənbələr
Şərh ()
Bağla