AZ

Sənaye zonasına PUA-larla hücum olundu: 13 nəfər yaralanıb

Rusiyanın Tatarıstan Respublikasının Elabuq sənaye zonasına PUA-larla hücum nəticəsində 13 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Tatarıstan Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan 8-i hospitala yerləşdirilib.

 

---- 10:22

Rusiyanın Tatarıstan Respublikası ərazisində “Shahed” hazırlanan zavoda pilotsuz uçuş aparatı ilə (PUA) ilə hücum olub.

Həmin zavod Ukrayna sərhədindən min kilometr məsafədə yerləşir.

Bildirilib ki, hücum Tatarıstanın “Elaz-Neft məhsulları” Neft-emalı zavoduna və “Alabuqa” xüsusi iqtisadi zonaya iki hücum olub.

“RBK-Ukraina”nın məlumatına görə, Tatarıstan istiqamətində “UJ-22” PUA-sı uçub. O, 2020-ci ildən Ukrayna silah arsenalına daxil edilib və göyərtəsində 20 kiloqrama yaxın partlayıcı daşıyır.

Vurğulanıb ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Seçilən
152
2
Mənbələr
Şərh ()
Bağla