AZ

ABŞ-da ilk dəfə bir insana məməlidən quş qripi yoluxub

ABŞ-ın Texas ştatında yoluxmuş inəklə təmasda olan şəxs quş qripi (H5N1) virusuna yoluxub.“New Scientist” jurnalında çıxan xəbərə görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) ilk dəfə bir insana məməlidən H5N1 virusuna yoluxduğunu açıqlayıb.CDC-dən Texas ştatında yoluxmuş süd inəyi ilə təmasda olan bir şəxsin quş qripinə tutulduğunu bildirilib.Xəstənin yalnız gözünün iltihabından əziyyət çəkdiyi, vəziyyətinin yaxşı olduğu qeyd edilib.

Seçilən
154
18
Mənbələr
Şərh ()
Bağla