AZ

Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu

Cəbhə xəttindən 1300 kilometr aralıda yerləşən Rusiyanın əsas neft emalı zavodu olan Taneko Ukraynaya məxsus PUA ilə vurulub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Taneko neftayırma zavodu vurularaq, hərbi hədəflərə xeyli ziyan dəyib.

Ölkənin elektron müharibədən müdafiə sistemləri Nijnekamskda yerləşən Tatneft-ə məxsus Taneco neft emalı zavodunun yaxınlığında bir İHA-nı zərərsizləşdirib.
 
Əldə edilən məlumatlara görə, neft emalı zavodunda baş verən yanğın 20 dəqiqəyə söndürülüb və hasilatı kəsilməyib.

Qeyd edək ki, Rusiyanın ən böyük və ən yeni neft emalı zavodlarından biri olan Taneco neft emalı zavodu gündə 360 min barel istehsal gücünə malikdir.
 
Mikayıl

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla