AZ

"Suveren ərazimizlə bağlı təsəvvürlərimiz həmişə konkret olmayıb" - Paşinyan

Əgər ərazi varsa, vətəndaşlıq var, ərazi yoxdursa, vətəndaşlıq da yoxdur.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Tik-Tok" səhifəsində etdiyi paylaşımda deyib. 

Onun sözlərinə görə, vətəndaşlıq ərazi ilə bağlıdır: "Söhbət mifik yox, real vətəndaşlıqdan gedir. Hər bir ərazinin özünəməxsus hüquq və vəzifələr sistemi var. Hətta universal hüquqlar da əraziyə bağlıdır.

3-cü Cümhuriyyətin bütün mövcudluğu dövründə bizim suveren hüquqlarımız, ərazimiz haqqında təsəvvürlərimiz çox vaxt konkretlikdən məhrum olub. Demək istəyirəm ki, son təhlillər ona gətirib çıxarmalı idi ki, ərazi qeyri-müəyyən və ya konkretlikdən, düzgün konkretlikdən məhrum ola bilməz. Bu mənada ölkəmizdə hüquq və vəzifələrin səmərəli işləməməsi bəlkə də onunla bağlıdır ki, bizim suveren ərazimizlə bağlı təsəvvürlərimiz həmişə konkret olmayıb. Buna görə də biz suveren ərazimizin konkretləşdirilməsinə önəm veririk". 

Ağarza Elçinoğlu 

Seçilən
169
50
Mənbələr
Şərh ()
Bağla