AZ

Makiyaj vasitələri alarkən diqqətli olun: Tərkibində bu maddələr varsa

Makiyaj vasitələrindən istifadə xüsusilə son illərdə çox populyarlaşıb.
 
AZXEBER.COM xarixi mətbuata istinadən xəbər verir ki, dərinin hər nöqtəsinə fərqli təsir göstərən makiyaj vasitələri kimyəvi tərkibli məhsullardır. Tərkibindəki kimyəvi maddələrə görə dəriyə zərər verə biləcək makiyaj vasitələrindən istifadə edərkən diqqətli olmaq lazımdır.

Makiyaj məhsullarını alan zaman məhsulun tərkibinə daxil olan maddələrə diqqət yetirmək lazımdır.
 
Makiyaj vasitələrinə daxil olan bu məhsullar dəri üçün böyük təhlükə yaradır.
 
Makiyaj vasitələrində dəriyə zərər verən maddələri təqdim edirik:

Silikon: Örtücü bu maddə dəridə ləkə və sızanaq əmələ gətirir. Dəriyə hava axınının qarşısını alacaq qədər sıx olan silikon dərinizin qidalanmamasına səbəb olur.

Talk: Toz əsaslı məhsulların tərkibində talk adlı maddə var. Talk təbii əsaslı bir maddə olsa da, həssas dəridə qıcıqlanmaya səbəb olur. Dəridə quruluğa səbəb olan talk sızanaq problemini daha da ciddiləşdirə bilər.

Alkoqol: Tutqunlaşdırıcı məhsullarda və ya tənzimləyici spreylərdə olan spirt və etanol dərinin qurumasına səbəb ola bilər. Bu, dərinizin soyulmasına səbəb olur.

Paraben: Kosmetik məhsullarda tez-tez rastlaşdığımız paraben dərinin elastik strukturunu zədələyə və erkən yaşlanmaya səbəb ola bilər.
 
Gülay
Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla