AZ

Salyan 1 saylı Mediasiya Təşkilatında monitorinq aparılıb - FOTOLAR

Mediasiya Şurasının təqvim planına əsasən Salyan 1 saylı Mediasiya Təşkilatında monitorinq aparılııb.
QHT.az xəbər verir ki, Mediasiya Şurası Qanunvericilik, normativ - hüquqi aktlar, Şuranın Nizamnaməsi və Şuranın İdarə Heyəti tərəfindən təsdiq edilmiş Qərarlardan irəli gələn nəzarət, tənzimləmə və qiymətləndirmə səlahiyyətlərinin həyata keçirilməsi məqsədi ilə Mediasiya Şurası tərəfindən 2024-cü ilin təqvim planına uyğun olaraq region mediasiya təşkilatlarında monitorinqlər həyata keçirir.
Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov və Komitənin üzvü Tural Məmmədov tərəfindən Salyan rayonuna səfər zamanı Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbərliyi və mediatorlarla birgə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, Ulu öndər ehtiramla anılmış və abidə önünə gül dəstələri qoyulmuşdur.
Təqvim planına əsasən Salyan 1 saylı mediasiya təşkilatında monitorinqlər aparılmış, monitorinqlərdə Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov, Salyan 1 saylı mediasiya təşkilatının rəhbəri Elman Hənifəli və Salyan 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən mediatorlar iştirak etmişdir.
Müzakirələrdə təşkilatın marketinq fəaliyyəti, barışıq sazişlərinin keyfiyyətli məzmunu, vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər geniş müzakirə edilmişdir.
Qeyd edek ki, monitorinqlər digər mediasiya təşkilatlarında davam edəcəkdir.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
5
qht.az

10Mənbələr